Putin Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif etdi


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov “hərbi borcunu yerinə yetirərkən göstərdiyi igidlik, şücaət və fədakarlıq”a görə “İgidliyə görə” ordeni ilə təltif edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Rusiya KİV-də qeyd edilib ki, bu gün Valeri Gerasimovun 70 yaşı tamam olur və o, ad günü münasibətilə prezident tərəfindən təltif edilən çoxsaylı insanlardan biridir.
Gerasimov 2012-ci ildən Baş Qərargah rəisi postunu tutur. Onun rəhbərliyi altında Rusiya 2014-cü ildə Krımı ilhaq edib, 2015-ci ildə Suriyada hərbi kampaniyada iştirak edib və 2022-ci ildə Ukraynaya müdaxiləyə başlayıb. 2023-cü ilin yanvarından Gerasimov Ukraynadakı Birləşmiş Qüvvələr Qrupuna komandanlıq edib. O, rəisi Sergey Şoyqunun müdafiə naziri Andrey Belousov tərəfindən dəyişdirilməsindən sonra da Baş Qərargah rəisi vəzifəsində qalıb.

DİGƏR XƏBƏRLƏR

Top