
Bu gün səhər saatlarında İzmirdə polis bölməsinə silahlı hücum olub.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı E.B. tüfənglə polisləri güllələyib.
Ölkənin Daxili İşlər naziri Ali Yerlikayanın yaydığı məlumata görə, hadisə nəticəsində 2 polis dünyasını dəyişib, 2-si polis olmaqla 3 nəfər yaralanıb.
Hücumu törədən 16 yaşlı E.B.-yə məxsus mobil telefon və kompüter evindən götürülüb. Şübhəlinin internet və mobil telefon əlaqəsini araşdırmaq üçün xüsusi qrup yaradılıb. İstintaq çərçivəsində İran əsilli K.N., xəsarətlə tutulan E.B., valideynləri, iki dostu və daha 3 nəfər saxlanılıb. Hücumu törədən E.B. hazırda reanimasiyadadır.