
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Yeniavaz.com “Sportinfo”ya istinadla xəbər verir ki, təcrübəli mütəxəssis AFFA rəsmilərindən 4, 5 milyon dollar təzminat tələb edib.
“Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib”, - sayt yazır.
Qeyd edək ki, millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Xatırladaq ki, millimiz sentyabrın 5-də səfərdə İslandiyaya 5:0 hesabı ilə uduzub.