NATO Rusiyanın hərbi təlimlərinə cavab verəcək


Şimali Atlantika Alyansı (NATO) ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında keçirdiyi “Zapad-2025” təlimlərinə cavab verəcəklərini vəd ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, Rusiya “Zapad-2025" təlimlərini Belarus ilə birlikdə keçirəcək. Təlimlər sentyabrın 12-dən 16-dək baş tutacaq.
Nəşrin məlumatına görə, Moskva NATO qüvvələri ilə mümkün toqquşmaları məşq edəcək.
“Biz NATO və Aİ sərhədləri yaxınlığındakı təlimlərə ciddi yanaşmalıyıq. Həm biz, həm də müttəfiqlərimiz hazırdır, birləşib hadisələrin gedişatını yaxından izləyəcəklər”, - Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas deyib.
Digər tərəfdən, sentyabrın 5-də Polşanın Baş naziri Donald Tusk “Zapad-2025” hərbi təlimləri ilə əlaqədar Polşanın Belarusa qarşı xüsusi tədbirlər görəcəyini bəyan edib. O, “Zapad-2025” təlimlərini Polşaya hücum üçün təlim hesab etdyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top