Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər – “Politico”


ABŞ Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyi olaraq dəyişdirilməsi Vaşinqtona milyardlarla dollara başa gələ bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, bir çox nazirlik işçiləri cümə günü ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamdan məyus olduqlarını ifadə edərək, bu fərmanın icrasının ən aktual hərbi problemlərin həllinə çox az kömək edəcəyini və bu cür “kosmetik dəyişikliklərin” milyardlarla dollara başa gələcəyini bildiriblər.
“Bu addım sırf daxili siyasi auditoriya üçündür. Bu fərman nəinki milyonlarla dollara başa gələcək, həm də Çin və ya Rusiyanın hesablamalarına qətiyyən təsir etməyəcək. Daha da pisi odur ki, düşmənlərimiz bundan ABŞ-ni qlobal sabitliyə təhlükə kimi qələmə vermək üçün istifadə edəcəklər", - deyə keçmiş Pentaqon rəsmisi nəşrə bildirib.
“Politico”ya görə, rəsmilər 40 ölkədə və ABŞ-nin bütün 50 ştatında 700 mindən çox Pentaqonun obyektlərində Pentaqonun simvollarını dəyişdirməli olacaqlar. Bura ordunun 6 qolunun və Pentaqonun tabeli qurumlarının blanklarının dəyişdirilməsi, həmçinin yeməkxanalardakı naxışlı salfetlər, senat tərəfindən təsdiqlənmiş məmurların pencəklərində tikmələr, hədiyyə dükanında brelok və zinət əşyalarının dəyişdirilməsi daxildir.
Nəşr qeyd edir ki, idarənin rəsmi adının dəyişdirilməsi çox güman ki, Konqresdən qanun qəbul etməyi tələb edəcək.
“Politico”nun məlumatına görə, Ağ Ev hazırda qanunverici orqandan keçmədən təşəbbüsü həyata keçirməyin yollarını axtarır.

DİGƏR XƏBƏRLƏR

Top