Velosipeddən yıxıldı, körpücük sümüyü sındı – Əməliyyat olunacaq


“Pari Sen-Jermen”in (PSJ) baş məşqçisi Luis Enrike velosipeddən yıxılaraq körpücük sümüyü sındırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa nəhənginin mətbuat xidməti “X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, ispan mütəxəssis xəstəxanaya çatdırılıb.
Klubun mətbuat xidməti onun əməliyyat olunacağını bildirib.  
Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında Paris klubunu təhvil alıb. Ötən mövsüm onun rəhbərliyi altında PSJ Çempionlar Liqası, çempionluq, Kubok və Fransa Superkubokunun qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top