Makqreqor prezidentliyə namizədliyini irəli sürür


Keçmiş UFC çempionu, qarışıq döyüş ustası Konor Makqreqor İrlandiyadakı prezident seçkiləri ərəfəsində onlayn tərəfdarlarını onun prezidentliyə namizəd olmaq üçün bülletenə daxil edilməsinə kömək etməyə çağırıb.
Yeniavaz.com
“The Irish Times” qəzetinə istinadla xəbər verir ki, o, bununla bağlı sosial media hesablarında Dublindəki hökumət binası qarşısındakı videomüraciətini yayıb.
Makqreqor artıq bir çox şuraların və senatorların dəstəyini təmin etdiyini bildirib.
Özünü əlbəyaxa döyüşün ustası kimi təqdim edən Makqreqor həmçinin, tərəfdarlarını onun adından yerli məclis üzvlərinə müracət etməyə çağırıb.
“Prezidentliyə namizəd kimi seçki bülletenində adımı görmək istəyirsinizsə, mən sizi bu gün yerli məclis üzvlərinizə müracət etməyə və onlardan mənim namizədliyimi irəli sürmələrini xahiş etməyə çağırıram”, - Mkaqreqor qeyd edib.
Qeyd edək ki, İrlandiyada prezident seçkiləri oktyabrın 24-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top