Nobel mükafatları bu tarixlərdə elan ediləcək


2025-ci il Nobel mükafatı laureatlarının adları oktyabrın 6-13-də Stokholm və Osloda elan olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nobel Fondu rəsmi saytında məlumat yayıb.
Məlumata görə, fiziologiya və tibb sahəsində laureatların adları oktyabrın 6-da Karolinska İnstitutu nəzdindəki Nobel Komitəsində elan ediləcək.
Fizika üzrə mükafatın qalibi oktyabrın 7-də, kimya üzrə mükafatın qalibi oktyabrın 8-də Kral Elmlər Akademiyası nəzdindəki Nobel Komitəsində açıqlanacaq.
Oktyabrın 9-da İsveç Akademiyası ədəbiyyat sahəsindəki seçimini elan edəcək.
Nobel Sülh Mükafatının qalibi isə oktyabrın 10-da Norveç Nobel Komitəsi tərəfindən Osloda elan olunacaq.
Oktyabrın 13-də Stokholmda Kral Elmlər Akademiyasında İqtisadiyyat üzrə Nobel Komitəsi tərəfindən Alfred Nobelin xatirəsinə İsveç Dövlət Bankının mükafatının qalibi açıqlanacaq.
Bütün mükafat elanları Nobel mükafatının rəsmi rəqəmsal kanallarında canlı yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top