
Gəncə şəhərində ümumi sahəsi 250 m² olan birmərtəbəli, 4 otaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan bitişik sahəsi 50 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
“Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda deyilir.