
İtaliyalı modelyer və sahibkar Corco Armani vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Armani” şirkəti məlumat yayıb.
Dizaynerin 91 yaşı var idi.
“Armani Group” dizaynerin yaxınlarının əhatəsində dünyasını dəyişdiyini qeyd edib. Armaninin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, iyun ayında səhhəti pisləşdiyi üçün dizayner karyerasında ilk dəfə olaraq Milanda Kişi Moda Həftəsində moda evinin nümayişlərini buraxıb.