
İstanbulun Çağlayan Ədliyyə İdarəsində işləyən respublika prokuroru Ercan Kayhan Çekmeköydəki bir restoranda bıçaqlanıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Ercan hadisə yerində dünyasını dəyişib.
Hadisə axşam saat 22:15 radələrində baş verib.
Hadisə yerinə gələn təcili tibbi yardım heyəti Kayhanın öldüyünü müəyyən edib.
Şübhəli Mustafa Can Gülün hadisə yerində saxlanıldığı və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.
Digər tərəfdən, 19 yaşlı Can Gülün əvvəllər üç cinayəti olduğu və həbsxanada yatdığı məlum olub.
Şübhəlinin həmçinin daha əvvəl hadisənin baş verdiyi restoranda iki il ofisiant işlədiyi müəyyən edilib.