
“Real Madrid”in keçmiş futbolçusu, klubun gənclər komandasının keçmiş baş məşqçisi Raul Qonsales “Bayer Leverkuzen”ə rəhbərlik edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, ispaniyalı Leverkuzen klubunun rəhbərliyi tərəfindən mümkün məşqçilər siyahısına daxil edilib.
Qonsalesdən başqa namizədlər siyahısına daha iki mütəxəssis daxildir: “Borussia Dortmund”un baş məşqçisi Edin Terziç və “Leypsiq”in keçmiş baş məşqçisi Marko Rouz.