
Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif NVA (Narazı vətəndaşların aksiyası) siyasi hərəkatının seçkiqabağı mitinqində hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadla məlumat yayıb.
“Andrey Babiş seçkiqabağı mitinq zamanı hücuma məruz qalıb. Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya aparılıb”, - mətbuat katibi qeyd edib.
“Novinky” xəbər portalı isə öz növbəsində hadisənin respublikanın şimal-şərqindəki Dobra kəndində baş verdiyini bildirib. Portalın məlumatına görə, Babiş daha sonra Fridek-Místekdəki xəstəxanaya yerləşdirilib.
Siyasi hərəkatın deputatı Aleş Juxelka da keçmiş baş nazirin başına bir neçə dəfə qoltuq dəyənəyi ilə zərbə endirildiyini təsdiqləyib.