
ABŞ Prezidenti Donald Tramp ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələrə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
“Həyatımda heç vaxt özümü bundan yaxşı hiss etməmişəm”, - Tramp yazıb.
Qeyd edək ki, avqustun 29-da internetdə prezidentin iki gündür ictimaiyyət qarşısına çıxmaması barədə xəbərlər yayılmağa başlayıb. “Neewsweek” jurnalı qeyd edib ki, #whereistrump (Tramp haradadır) heşteqi “X”də ən populyar altıncı olub.