
Sabah daha 3 itkin şəhid dəfn olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, hərbçi Hacıyev Rizvan Qara oğlu Kürdəmir rayonu, Qocalı kənd qəbiristanlığında, hərbçi Əliyev Sumbat Nüdrət oğlu Füzuli rayonu, Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, hərbçi Kərimov Natiq Zeynal oğlu Qax rayonu, Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.

Sumbat Əliyev

Rizvan Hacıyev

Natiq Kərimov