“WhatsApp”da süni intellektdən istifadə edərək mesaj yazmaq mümkün olacaq


“WhatsApp” messenceri süni intellektə əsaslanan funksiyanı təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə platformanın bloqunda məlumat verilib.
Bildirilib ki, funksiyanın köməyi ilə istifadəçilər mesajı formalaşdıra biləcəklər:
“Bəzən nə demək istədiyinizi bilirsiniz, ancaq bunu necə söyləmək üçün sizə bir az kömək lazımdır. Ona görə də bu gün biz “Yazmaq üçün yardım” funksiyasını təqdim edirik”.
Yeni funksiya istifadəçilərə mesaj yazmağın bir neçə üslubunu təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstəkləyici. Xüsusiyyət “Private Processing” texnologiyasına əsaslanır.
Hazırda ABŞ və digər ölkələrdə “Yazmaq üçün yardım” ingilis dilində mövcuddur. Gələcəkdə messencer dillərin və ölkələrin sayını genişləndirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top