“Sədərək”dəki yanğınla bağlı cinayət işi açıldı


“Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi anbarda baş verən yanğınla bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Xatırladaq ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Hadisə nəticəsində 13 nəfər tüstüdən zəhərlənib.

DİGƏR XƏBƏRLƏR

Top