Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub


Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mübadilə zamanı 146 rus hərbçisi geri qaytarılıb, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 146 əsiri təhvil verilib.
Qeyd olunub ki, həmçinin Ukrayna ordusu tərəfindən saxlanılmış Kursk vilayətinin səkkiz sakini də geri qaytarılıb.
“Rus hərbçiləri hazırda Belarus Respublikasının ərazisindədir və onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Sonradan onlar Rusiyaya göndəriləcək, Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçəcəklər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top