Yük maşınından tikinti materialları oğurlayan şəxslər saxlanıldı


Binəqədi rayonu, Biləcəri qəsəbə sakininə məxsus yük avtomobilindən 1200 manat dəyərində tikinti materialları oğurlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, Binqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyən olunaraq saxlanılıblar.
Həmçinin, Nəsimi rayonunda bir nəfərin mobil telefonu və qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top