Məktəbin ilk məzunlarının hamısı tələbə oldu


İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk  məzunlarının hər biri tələbə adını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.
Həmçinin, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Ağdərə rayonu Talış kənd tam orta məktəbinin 2024-2025-ci tədris ili üzrə məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top