“Sülh üçün Rusiyanın mövqeyi Ukraynanın mövqeyindən daha vacibdir” – Lukaşenko


Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada münaqişəyə son qoyulması ehtimalı həmişəkindən daha yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Çin Media Korporasiyasına müsahibəsində deyib.
“Biz bu münaqişəyə son qoymağa və Rusiya ilə Ukrayna arasında sülhə dair razılığa gəlməyə həmişəkindən daha yaxınıq”, - Lukaşenko deyib.
Belarus lideri onu da qeyd edib ki, sülhün gələcəyi üçün Rusiyanın mövqeyi Ukraynanın mövqeyindən daha vacibdir:
“Niyə? Çünki bu gün cəbhədə Rusiya hökmranlıq edir. Bu, Ukrayna üçün son dərəcə təhlükəlidir. Ukrayna bu gün dayanmalıdır, Ukraynanı tamamilə itirməmək üçün sülh müqaviləsi bağlamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top