“ABŞ iki həftə ərzində Ukraynadakı münaqişəyə yanaşmasını dəyişə bilər” – Tramp


“Birləşmiş Ştatlar sülh yolu ilə nizamlanmanın mümkün olmadığına qərar verərsə, təxminən iki həftə ərzində Rusiyaya və Ukraynadakı münaqişəyə münasibətini dəyişə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerika radiostansiyalarından birinə müsahibəsində deyib.
Müsahibə zamanı ondan Ukraynada sülhün olub-olmayacağı sualı verilib.
“Sizə deyəcəm. Deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra fərqli yanaşmamız lazım ola bilər”, - ABŞ lideri deyib.

DİGƏR XƏBƏRLƏR

Top