Polşa XİN Rusiyaya etiraz notası göndərdi


Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya tərəfinə etiraz notası göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN-in saytında məlumat verilib.
Sənəddə Polşa hakimiyyəti əsassız olaraq Rusiya Federasiyasını qəsdən təxribatda və Polşanın suverenliyinə hörmət etmək öhdəliklərini pozmaqda ittiham edir.
Qeyd edək ki, avqustun 20-də polis Polşanın şərqindəki Lyublin voyevodalığının Osiny kəndində qarğıdalı tarlasında təxminən saat 02:00-da (Bakı vaxtı ilə 04:00) partlayış baş verdiyini bildirib. Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini uçurub, xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top