Tramp Meksika ilə sərhəd divarının qara rəngə boyanmasını tapşırdı


ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, ABŞ-Meksika sərhədi boyunca bütün divar qara rəngə boyanacaq.
Yeniavaz.com
xəbər verir ki, Noem bu barədə Nyu-Meksikoda olarkən danışıb.
O, divarın qara rəngə boyanması təklifinin ABŞ Prezidenti Donald Trampdan gəldiyini deyib.
“Divar hündürdür, ona görə qalxmaq çox, çox çətindir, demək olar ki, qeyri-mümkündür. O, həm də yerin dərinliyinə gedir, bu da yerin altını qazmağı çətinləşdirir, hətta qeyri-mümkün edir. Həmçinin biz onu qara rəngə boyayacağıq. Bu, xüsusilə prezidentin tapşırığı ilədir. O, başa düşür ki, burada hava isti olanda, nəsə qara rəngə boyananda, divar daha da qızacaq və insanların işi daha da çətinləşəcək”, - nazir deyib.

DİGƏR XƏBƏRLƏR

Top