
İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib və bu əməliyyat “Gideonun arabaları 2” adlandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.
“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, - Katz bildirib.
Dövlət yayımçısının məlumatına görə, yaxın vaxtlarda İsrail Ordusunun ehtiyat hissələrinin əlavə səfərbər olunması ilə bağlı açıqlama gözlənilir.