
ABŞ Prezidenti Donald Tramp günün sonuna qədər Rusiya Prezidenti Vladimir Putinə zəng edəcək.
Yeniavaz.com xəbər verir ki, o, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün əvvəlində jurnalistlərlə söhbəti zamanı deyib.
Trampın sözlərinə görə, o, Zelenski və Avropa liderləri ilə danışıqları başa vurduqdan sonra Putinə dərhal zəng edəcək.
ABŞ prezidenti qeyd edib ki, Zelenski ilə görüşdən az əvvəl Putinlə dolayı söhbəti olub. Onların nə haqda danışdıqları dəqiqləşdirməyib.
Amerika KİV-in məlumatına görə, Tramp çox yaxın gələcəkdə özü, Zelenski və Putinlə üçtərəfli görüş təşkil etmək istəyir. CNN bildirib ki, ABŞ və Ukrayna prezidentləri arasında danışıqlar uğurla nəticələnərsə, görüşə hazırlıq dərhal başlayacaq və o, avqustun 22-də təşkil oluna bilər.