Bu şəxsi görənlər polisə məlumat versin!


Paytaxt sakini itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu sakini 51 yaşlı İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
“İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 441-23-80, (012) 440-02-02 şəhər nömrələri və (050) 339-03-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top