
İran Prezidenti Məsud Pezeşkian ABŞ-yə səfər edəcək.
Yeniavaz.com “Ecoiran” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının kommunikasiyalar üzrə səlahiyyətlisi Mehdi Təbatəbai danışıb.
“Məncə, İran prezidentinin BMT-yə səfəri 23 sentyabrda baş tutacaq. Onun səfərinə təxminən 40 gün qalır. Ölkədə və diplomatik sahədə hadisələrin inkişafı çox sürətlidir, buna görə də mənim hər hansı cavabım dəqiq olmayacaq. Biz qeyri-müəyyənlik dünyasında yaşayırıq və burada hansı ikitərəfli görüşlərin keçiriləcəyi və ya mütləq baş tutacağı barədə qəti qərar qəbul etmək mümkün deyil”, - deyə Təbatəbai müvafiq suala cavabında bildirib.