Yol polisindən sürücülərə müraciət


Sükan arxasında mobil telefondan istifadə təkcə qayda pozuntusu deyil, həm də özünü və başqalarını bilə-bilə təhlükəyə atmaqdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində deyilir.
Bildirilib ki, mobil telefondan istifadənin yaratdığı əsas təhlükələr aşağıdakılardır:
Diqqətin yayındırılması – Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır;
Reaksiyanın ləngiməsi – Telefon sürücünün reaksiyasını 2–3 dəfə gecikdirir. Bu isə qəfil əyləc və ya manevr imkanlarını minimuma endirir;
Nəzarətin itməsi – Telefonla məşğul olan sürücü zolaqdan çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün qiymətləndirmir.
“Hörmətli sürücülər! Unutmayın ki, bir zəng və ya bir mesaj heç vaxt insan həyatından vacib ola bilməz. Sizin məsuliyyətli davranışınız hər kəsin təhlükəsizliyinə təminat verir”, - deyə müraciətdə vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top