
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin dərhal müharibəyə son qoya biləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obama Krımı Rusiyaya vermişdi (12 il əvvəl, bir güllə belə atılmadan!), bunu artıq geri qaytarmaq mümkün deyil və Ukrayna NATO-ya daxil ola bilməz. Bəzi şeylər heç vaxt dəyişmir”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, bu gün Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini və bəzi Avropa ölkələrinin liderlərini qəbul edəcək.