
Rusiyanın Ryazan vilayətində baş verən zavod partlayışı ilə bağlı yeni məlumat açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, hadisə nəticəsində 14 nəfər ölüb, 135 nəfər isə yaralanıb.
Nazirlikdən verilən məlumata görə, hazırda Lesnoy kəndində dağıntıların təmizlənməsi işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin psixoloqları mərhumların yaxınları və xəsarət alanlarla işləyir, həmçinin şəxsiyyətin müəyyən edilməsi prosedurlarında iştirak edirlər.