
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15,6 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artım deməkdir.
Qeyd edək ki, bunun 15,1 milyard kVt/saatı əmtəəlik elektrik enerjisidir.
İstilik elektrik stansiyalarında istehsal 12,6 milyard kVt/saat təşkil edib və cüzi – 0,9% artım qeydə alınıb. Tullantıların yandırılması hesabına əldə olunan elektrik enerjisi isə 132,1 milyon kVt/saat olub və bu göstərici ötən illə müqayisədə 0,7% azalıb.
Su elektrik stansiyalarında istehsal 2,08 milyard kVt/saat olmaqla 12,5% artıb. Günəş elektrik stansiyalarının istehsalı 334,2 milyon kVt/saat təşkil edib və 13,1% artım göstərib.
Külək elektrik stansiyalarında hasilat 27,5 milyon kVt/saat olmaqla 18,6% azalıb.