Putin Lavrovu zarafatla “imperialist” adlandırıb


Ankoricdə (ABŞ) keçirilən sammitdə ABŞ Prezidenti Donald Trampla görüşə qatılan Rusiya Prezidenti Vladimir Putin danışıqlar başlamazdan əvvəl gözlənilməz zarafatla diqqət çəkib.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, sammit ərəfəsində Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısına üzərində “SSRİ” yazısı olan sviterlə çıxıb.
Danışıqlardan öncə ABŞ dövlət katibi Marko Rubio Lavrova müraciət edərək onun geyimini bəyəndiyini deyib.
Putin Rubionun sözlərinə ironik cavab verib: “Bu, eyhamdır? O (Lavrov) sənə verəcək!” – deyə zarafat edib.
Sonradan Lavrov Putinə izah edib ki, Rubionun şərhi onun ABŞ-a səfəri zamanı “SSRİ” yazılı sviter geyinməsi ilə bağlıdır. Putin isə vəziyyəti yenidən zarafatla şərh edərək ABŞ dövlət katibinə Sergey Lavrovu göstərib və onu “imperialist” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top