
Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində baş verən daşqınlar nəticəsində azı 8 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, daha 4 nəfər itkin düşüb.
Agentliyin məlumatına görə, fövqəladə hadisə avqustun 16-da Pekin vaxtı ilə təxminən 22:00-da (Bakı vaxtı ilə 18:00) Bayan Nur şəhər rayonundakı turist düşərgəsində baş verib. Səlahiyyətlilər itkin düşənlərin axtarışı üçün xilasediciləri səfərbər edib.