
Məlum olduğu kimi, Amerika və Rusiya nümayəndə heyətləri arasında Ankoricdə (Alyaska) danışıqlardan sonra baş tutmalı olan birgə nahar ləğv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə RT portalı məlumat yayıb.
Məlumata görə, görüşdən dərhal sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtona, Rusiya Prezidenti Vladimir Putin isə Moskvaya qayıdıb.
“Life” portalı Rusiya və ABŞ nümayəndə heyətlərini gözləyən diplomatik naharın menyusunu açıqlayıb.
Başlanğıc yeməklərə sirkəli sousla yaşıl salat və limon-rozmarin yağı ilə turş xəmirli çörək nəzərdə tutulub.
Əsas yeməklərə bibər sousunda file-minyon və ya çay kambalası daxil olub.
Qarnir kimi kərə yağı ilə qovrulmuş qulançar və kartof püresi nəzərdə tutulub.
Desert menyusuna isə dondurma ilə klassik krem-brule daxil olub.
Hadisənin səbəbləri barədə əlavə məlumat verilməyib.