
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenski Trampla telefon danışığından sonra “Telegram” kanalında bildirib.
“Bazar ertəsi (18 avqust) Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün təfərrüatını müzakirə etməyi planlaşdırıram. Dəvətə görə minnətdaram”, - deyə Zelenski yazıb.
Zelenski əlavə edib ki, telefon danışığı bir saat yarım davam edib.
Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb.