
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək sammit çoxlu sayda planlaşdırılan tədbirlərə görə ümumilikdə təxminən 6-7 saat davam edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”a açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskva liderlərin əvvəlcə təkbətək söhbət edəcəyini güman edir.
“İndi görünür ki, bu işə köməkçilər də cəlb olunacaq. Sonra nümayəndə heyətləri daxilində, ola bilsin, işçi nahar formatında danışıqlar olacaq. Sonra liderlər bir müddət dağılışacaq, sonra birgə mətbuat konfransı üçün toplaşacaqlar. Ümumiyyətlə, təsəvvür etmək olar ki, əlbəttə, buna ən azı 6-7 saat vaxt sərf olunacaq”, - Kreml nümayəndəsi qeyd edib.