
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcək.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Nikol Paşinyan iki həftə əvvəl Rusiyada idi. Biz onu da yaxın vaxtlarda Rusiyada gözləyirik”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Beynəlxalq Ətraf Mühit Konfransında iştirak etmək üçün Rusiyada ikigünlük səfərdə olub.