
ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün bərqərar olması üçün lazım olsa, Avropadakı Amerika kontingentinin azaldılmasını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Trampdan Rusiyanı sülh sazişi imzalamağa inandırmaq üçün Polşa kimi ölkələrdə NATO qoşunlarının ixtisarına razı lub-olmayacağı soruşulub.
“Rusiya indiyədək belə tələblər irəli sürməyib. Mənə də hələ bu sual verilməyib. Bu barədə düşünəcəm”, - Tramp deyib.
Qeyd edək ki, Rusiya hakimiyyəti dəfələrlə (o cümlədən, Ukraynaya tammiqyaslı işğal başlamazdan əvvəl) Avropada Amerika qoşunlarının sayının artması ilə bağlı narazılığını bildirib. Eyni zamanda, Kreml bunu heç vaxt açıq şəkildə Ukraynada atəşkəs üçün məcburi şərtlərdən biri kimi göstərməyib.