
ABŞ-nin birinci xanımı Melaniya Trampın vəkilləri keçmiş prezident Co Baydenin oğlu Hanter Baydeni məhkəmə işi ilə hədələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalının mənbələri məlumat verib.
Avqustun 5-də kiçik Bayden “YouTube”da video yayımlayıb və Melaniyanı ABŞ-nin indiki Prezidenti Donald Trampla tanış edənin mərhum maliyyəçi, pedofiliya ittihamı ilə həbs edilən Cefri Epşteyn olduğunu deyib.
“Bu bəyanatlar nəinki tamamilə yalandır, həm də xanım Trampın reputasiyasına düzəlməz ziyan vurur”, – vəkillər məktubda bildiriblər.
Mənbələrə görə, Hanter Bayden məlumatı təkzib etməsə, Melaniya Tramp bir milyard dollar təzminat tələbi ilə məhkəməyə müraciət edəcək. Mənbələrin “Fox News”a verdiyi məlumata görə, müəyyən edilmiş ultimatum müddəti avqustun 7-də başa çatıb. Onların sözlərinə görə, kiçik Bayden Trampın həyat yoldaşının iddiasına məhəl qoymayıb və bu, məhkəməni demək olar ki, qaçılmaz edir.
Qeyd edək ki, Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qız üçün məşhurların və zənginlərin səfərlər təşkil etdiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin qonaqları arasında təkcə ABŞ-də deyil, həm də bir çox başqa ölkələrdə çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar, o cümlədən keçmiş dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Epşteynin cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etdikdən sonra dayandırılıb.