Ukrayna daha bir MDB sazişindən çıxdı


Ukrayna hakimiyyəti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha bir sazişdən çıxmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz “Teleqram” kanalında məlumat verib.
“Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı vətəndaşlarının üçüncü ölkələrdən təxliyəsi zamanı onların qarşılıqlı fəaliyyəti haqqında Saziş”dən çıxmaq haqqında” qanun layihəsi təsdiq edilib”, - deyə o yazıb.
Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Top