Rusiyada “Telegram” və “WhatsApp”da zənglər qismən məhdudlaşdırılacaq


Rusiyada cinayətkarlarla mübarizə üçün “Telegram” və “WhatsApp” messencerlərində zənglər qismən məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.
“Roskomnadzor” hüquq-mühafizə orqanlarının məlumatlarına və vətəndaşların müraciətlərinə istinadən iddia edir ki, bu messencerlər aldatma və pul qoparmaq, Rusiya vətəndaşlarını təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün istifadə edilən əsas səs xidmətinə çevrilib. Roskomnadzorun bəyanatında deyilir ki, messencer sahibləri əks tədbirlər görmək tələblərinə məhəl qoymayıblar.
Qeyd edək ki, Rusiyada “WhatsApp” və “Telegram” istifadəçiləri 10-11 avqust 2025-ci il tarixlərində messencerlərdə zənglərin bloklanmasından şikayət etməyə başlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top