
Fransanın “Pari Sen Jermen” klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnını transfer edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Futbolçu Fransa çempionatına İngiltərənin ”Bornmut” klubundan keçib. Bununla da Zabarnı Fransa klubunun tarixində ilk ukraynalı olub.
Tərəflər 2030-cu ilə qədər 5 illik müqavilə imzalayıblar.
Futbolçu bir gün əvvəl PSJ-də tibbi müayinədən keçib.
Mətbuatın yazdığına görə, PSJ Zabarnının transferini 63 milyon avroya başa vurub. Daha 3 milyon avronu isə “Bornmut” bonus olaraq ala bilər.
Qeyd edək ki, 2023-cü ilin yanvarında ”Bornmut” müdafiəçi üçün Kiyev “Dinamo”suna 22,7 milyon avro ödəyib.