
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin dərinliyi 11,9 kilometr olub.
Dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün həmin ərazidə silsilə zəlzələlər baş verib. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.