
Londonun “Tottenhem” klubu “Mançester Siti” klubuna braziliyalı hücumçu Savionun transferi üçün 50 milyon avro təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Mançester klubu futbolçu üçün daha çox pul almaq istəyir.
Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Savionun 21 yaşı var. O, “Atletiko Mineyro”dan ayrıldıqdan sonra 2022-ci ildən Avropada oynayır. Savio daha əvvəl Hollandiyanın PSV və İspaniyanın “Jirona” klublarında oynayıb. Ötən mövsüm isə cinah oyunçusu “Mançester Siti”nin heyətində 48 oyun keçirib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun ingilis klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” onun transfer qiymətini 50 milyon avro olaraq qiymətləndirir.