Paşinyan Ərdoğanla telefonda danışıb


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş nazirin Aparatı məlumat yayıb.
Bildirilib ki, Paşinyan Türkiyə Prezidentinə 8 avqustda ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə məlumat verib.
“O, xüsusilə, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında saziş”in paraflanması, ATƏT-ə ünvanlanan, ATƏT MQ mexanizmlərinin ləğvini nəzərdə tutan birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında regional kommunikasiyaların açılması, həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi barədə danışıb”, - məlumatda deyilir.
Görüşdə, həmçinin, Ermənistan–Türkiyə ikitərəfli gündəliyinə dair məsələlər, xüsusilə, əvvəl əldə edilmiş razılaşmaların icra vəziyyəti müzakirə olunub. Paşinyan həmin razılaşmaların həyata keçirilməsi üçün mövcud şəraitin hər zamankından daha əlverişli olduğunu vurğulayıb. Tərəflər aktiv siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top