Alyaskada Tramp-Putin görüşünün mümkün yeri açıqlandı


ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş Ankoricdə baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində  Alyaskadakı Rus Mədəniyyət Mərkəzinin rəhbəri Anna Vernaya deyib.
Onun sözlərinə görə, bir çox yüksək vəzifəli məmurlar və siyasətçilər təyyarələrinə yanacaq doldurmaq üçün bu şəhərdə dayanırlar.
“Beləliklə, Ankoric iki prezidentin görüş yeri ola bilər”, - Vernaya deyib.
Digər tərəfdən, Tramp-Putin görüşü ərəfəsində ABŞ Məxfi Xidməti Alyaskanın Ankoric şəhərində daşınmaz əmlak icarəyə götürüb.
Bu barədə “New York Times” (NYT) qəzeti yerli rieltora istinadla məlumat yayıb.
Ankoricdə qısamüddətli mülkləri icarəyə verən bir rieltor Gizli Xidmətin iki lider arasındakı görüş üçün ondan altı otaqlı bir mülk icarəyə götürdüyünü bildirib.
Eyni zamanda, “New York Times” qeyd edib ki, Tramp administrasiyası ABŞ və Rusiya prezidentlərinin görüşünün dəqiq yerini nəşrə təsdiq etməyib.
Qeyd edək ki, avqustun 15-də Tramp və Putin Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Rusiya və Ukrayna arasında sülh prosesi olacaq. Müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top