
Londondakı məşhur “Uembli” stadionunda baş tutan qarşılaşmada İngiltərə çempionu “Liverpul” ölkə kubokunun qalibi “Kristal Pelas”la üz-üzə gəlib.
Yeniavaz.com xəbər verir ki, əsas vaxt 2:2 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Kristal Pelas” 3:2 hesabı ilə qalib gələrək Superkuboku qazanıb.
Xatırladaq ki, ötən mövsüm “Liverpul” 38 turda topladığı 84 xalla İngiltərə çempionu olub. “Kristal Pelas” isə kubok finalında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək Superkubok oyununda iştirak hüququ qazanıb.