Papa Azərbaycan və Ermənistanın sülh bəyannaməsi imzalamasını alqışladı


Roma Papası XIV Leo Azərbaycan və Ermənistan arasında sülhə dair bəyannamənin imzalamasını alqışlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.
“Gəlin müharibələrin başa çatması üçün dua etməyə davam edək. Ermənistan və Azərbaycanın birgə sülh bəyannaməsi imzalamasını təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda möhkəm sülhün bərqərar olmasına xidmət edəcək”, – deyə pontifik bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda birgə bəyannamə imzalayıblar. Bəyannamədə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması və münasibətlərin bərpasına dair razılaşdırılmış saziş mətnini paraflayıblar, həmçinin onun yekun ratifikasiyası üçün səylər göstərəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top