“İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirik” – Şahbaz Şərif


Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkə hesabında bildirib.
O, bu hadisənin onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcı olduğunu qeyd edib.
“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında da onun yanındadır”, - Pakistan Baş naziri bildirib.
“Biz həmçinin ABŞ Prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəf üçün yeni imkanlar açan və razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - Şahbaz Şərif qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top